• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

FHN xilasediciləri türkiyəli həmkarları ilə birgə hazırlanacaq

FHN xilasediciləri türkiyəli həmkarları ilə birgə hazırlanacaq

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə nazirliyin nümayəndə heyəti yanvarın 6-7-də Türkiyədə səfərdə olub.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, səfər çərçivəsində Türkiyə Respublikası Silahlı Qüvvələrinin uyğun qurumları ilə əməkdaşlığın inkişaf etdirilməsi, Hərbi-Dəniz Komandanlığının tərkibində olan Sualtı müdafiə təhsil müəssisəsində dalğıc hazırlığı müzakirə edilib.

Həmçinin partlayıcı maddələrin zərərsizləşdirilməsi və kimyəvi, bioloji, radioloji və nüvə təhlükəsindən mühafizə üzrə xilasedicilərin hazırlığı mövzusunda təşkil edilən təhsil kurslarında Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin təhsil alma imkanları və bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Belə ki, səfərin ilk günü Türkiyə Silahlı Qüvvələrinin İstanbul Boğaz komandanı Ercüment Tatlıoğlu ilə keçirilmiş görüşdə nazirliyin nümayəndə heyətinə komandanlığın fəaliyyəti barədə ətraflı məlumat verilib.

Komandanlığa tabe olan Xilasetmə ve Sualtı komandanlığının komandanı İlhan Öcalanla keçirilmiş görüşdə komandanlığın suda və quruda xilasetmə əməliyyatları ilə bağlı hər il keçirdiyi kurslar barədə ətraflı təqdimat edilib. Təqdimat zamanı dalğıcların hazırlığı üçün təşkil edilən sualtı müdafiə kurslarında FHN əməkdaşlarının iştirakının mümkünlüyü ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Səfərin ikinci günü Türkiyə Silahlı Qüvvələrinin Xilasetmə Qrup Komandanlığında komandan Kaan Erkara ilə görüş olmuşdur.

Səfər zamanı dalğıc hazırlığı, partlayıcı maddələrin zərərsizləşdirilməsi və kimyəvi, bioloji, radioloji və nüvə təhlükəsindən mühafizə üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin türkiyəli həmkarları ilə birgə hazırlığı barədə ilkin razılıq əldə edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR