Elçin Şıxlı: “Mətbuata qayıtmaq fikrim yoxdur”
Bizi izləyin

Qırmızı.az

Elçin Şıxlı: “Mətbuata qayıtmaq fikrim yoxdur”

“Fəal mətbuata qayıtmaq fikrim yoxdur, ancaq müstəqil yazıçılıq fəaliyyətimi davam etdirəcəyəm”.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri, bir müddət əvvəl fəaliyyətini dayandıran "Ayna" və "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı bildirib.

Onun sözlərinə görə, fəaliyyətini davam etdirmək üçün bir sıra yeni ideyalar var: “Amma planlarım təkcə mənim özümdən asılı olan məsələ deyil. Müəyyən fikirlər var, ancaq hələlik ortada nəticə yoxdur”.

E.Şıxlı internet media yaratmaq fikrində olmadığını da deyib: “Çünki bu, müəyyən vəsait tələb edir. Digər tərəfdən, mənim üçün əsas məsələ kontingentdir. Kontingentlə bağlı vəziyyət isə dəyişməyəndən sonra internet media yaratmaq mənasızdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm