İki qardaşı avtomobildə güllələdilər – BAKIDA
Bizi izləyin

Qırmızı.az

İki qardaşı avtomobildə güllələdilər – BAKIDA

Bakının Sahil qəsəbəsində silahlı insident baş verib.

Qaradağ Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 18.00 radələrində Sahil qəsəbəsində qeydə alınıb. Naməlum şəxslər avtomobildə iki qardaşı güllələyiblər. Onların hər ikisi yerindəcə ölüb.

Güllələnən qardaşlar “Toyota Land Cruiser” markalı maşında olublar. Onların olduğu avtomobilə naməlum maşından düşən şəxs atəş açıb.

Polisdən həmçinin bildirilib ki, istintaq sirri olduğu üçün ölən qardaşların adı hələlik açıqlanmır.

Hadisə ilə bağlı araşdırma aparılır.

(APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm