Bakı-Sumqayıt yolu 6 saat bağlı qalıb - FOTO
Bizi izləyin

Qırmızı.az

Bakı-Sumqayıt yolu 6 saat bağlı qalıb - FOTO

Bakının bir sıra küçə və prospektlərində yanvarın 8-i axşam saatlarında başlayan tıxac yanvarın 9-una keçən gecə təxminən saat 1.30-a qədər davam edib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, artıq bütün şəhərboyu küçə və prospektlərdə nəqliyyatın hərəkəti bərpa olunub.

Qeyd edək ki, ötən gün axşam saatlarında Bakının bəzi küçə və prospektlərində mövcud hava şəraiti ilə bağlı tıxac yaranıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, ən uzun tıxac Moskva prospektində yaranıb. Prospektin Cavadxan küçəsi ilə kəsişməsindən başlayan tıxac Bakı-Sumqayıt yolunadək davam edib.

Bakının yüksəklik ərazilərində yolların buz bağlaması nəqliyyatın hərəkətində problem yaradıb. Babək prospektində, Abbas Fətullayev küçəsində, General Səməd bəy Mehmandarov, Aşıq Ələsgər, Rahib Məmmədov, Məhəmməd Hadi, Ramiz Quliyev, Sakit Qocayev küçələrində hərəkət sıxlığı qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm