Təcrübəsiz sürücülərin və piyadaların diqqətinə
Bizi izləyin

Qırmızı.az

Təcrübəsiz sürücülərin və piyadaların diqqətinə

Respublika yol polisi qarlı, şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yol hərəkəti iştirakçılarına müraciət edib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Publika.az-a bildirib ki, məlum hava şəraiti ilə əlaqədar olaraq təcrübəsiz sürücülər sükan arxasında əyləşməsinlər.

“Onlar bununla həm öz həyatlarını təhlükə altında qoyur, həm də digər yol hərəkət iştirakçıları üçün qəza vəziyyəti yaradırlar. Təcrübəsiz sürücülərin ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri xahiş olunur”.

K,Əliyev piyadalara yolu keçərkən diqqətli olmalarını, piyada keçidlərinə üstünlük vermələrini tövsiyə edir.

“Yollar sürüşkəndir, piyadalar yola çıxarkən yaxınlıqda olan nəqliyyat vasitəsinin sürətini nəzərə almalıdırlar. Piyadalar bilməlidir ki, belə havada keçidə yaxınlaşan sürücüyə nəqliyyat vasitəsini saxlamaq üçün kifayət qədər uzun məsafə lazımdır. Ona görə də avtomobillərin qarşısına qəfil çıxmasınlar”.

İdarə sözçüsü bir daha sürücülərdən, piyadalardan diqqətli olmağı, meteoroloji şəraiti nəzərə almağı xahiş edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm