• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bakı yollarının vəziyyəti – “Azəryolservis”dən açıqlama

Bakı yollarının vəziyyəti – “Azəryolservis”dən açıqlama

Artıq dünəndən redaksiyamıza paytaxt yollarının bərbad olmasıyla bağlı şikayətlər daxil olmağa başlayıb. Sakinlər daha çox küçə və yolların buz bağlaması, avtomobillərin hərəkəti üçün ərazilərə qum tökülməməsindən şikayətlənirlər. Günəşli qəsəbəsində yaşayan sakinlərin sözlərinə görə, qəsəbədən “Xalqlar dostluğu” metrosuna qədər yalnız bir avtobus işləyir: “Qəsəbədən metroya yalnız bir avtobus var. O da könüllü işləyir, heç bir sürücü işə çıxmayıb. Həmin avtobus da sakinləri metroda düşürərək yenidən qəsəbəyə qayıdır. Sakinlərdən nisbətən kiçik tutumlu yük maşınları olanlar hər adamı 1 manatdan metroya qədər gətirirlər. Biz qonşunun avtomobili ilə işə gəlmişik”.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC isə yollarda vəziyyətin bərbad olması ilə razılaşmır. "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin sözlərinə görə, hazırda Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətində, demək olar ki, heç bir problem yoxdur.

“Dünən gecədən səhər saatlarına qədər Bakı şəhərinin avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkətini tam təmin etmək üçün ASC-nin xidmət etdiyi bütün ərazilərə qum-duz qarışığı səpilib. Yalnız Bakı-Sumqayıt yolunda naşı sürücülər süni tıxac yaradıblar. Bu da texnikaların hərəkət etməsi üçün müəyyən problemlər yaradırdı. Buna baxmayaraq, biz təmizlik işini həyata keçirə bildik”.

Onun sözlərinə görə, nisbətən çətin sahələr Bakı Dairəvi yol və Bakı-Sumqayıt şosesidir ki, burada da hərəkətin asanlaşması üçün bütün tədbirlər görülüb. Bütün enişli-yoxuşlu yollar nəzarətə götürülüb, duz-qum səpilib.

P. Mürsəliyev dünəndən respublika ərazisində qəzaların baş verdiyini etiraf etsə də, bunun naşı və yol-hərəkət qaydalarını pozan sürücülər səbəbindən baş verdiyini bildirdi.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR