Bu qızın həyatı sizdən asılıdır
Bizi izləyin

Qırmızı.az

Bu qızın həyatı sizdən asılıdır

2009-cu ilin oktyabrında qızları Nuray dünyaya gələndə Anarla Səbinənın sevinci yerə-göyə sığmırdı. Balaca qızcığaz ailənin ən sevimlisi idi.

Elə həkimlər də Nurayın sağlam olduğunu bildirmişdilər. Nevropatoloqlar deyirdilər ki, uşaqda heç bir problem yoxdur, sinirləri qaydasındadır. Ancaq tədricən Nurayın hərəkətlərində lənglik hiss olunur və bu lənglik valideynləri təşvişə salır. Növbəti həkim müayinəsində məlum olur ki, doğuş zamanı uşaq boğulub və oksigen çatışmazlığı yaranıb.

Elə hər şey də bundan sonra başlayır. Həkim laqeydliyi gənc ailənin faciəsinə səbəb olur.

Nurayın Tehranda aparılan müalicələri, aybaay olunan fizioterapiyalar maddi sıxıntılar…və nəticədə Nurayın anası Səbinə ağır onkoloji xəstəliyə tutulur. İki il davam edən kimyaterapiyalardan sonra ana müalicəsini yarımçıq qoyaraq həyat yoldaşına kömək etmək üçün işləyir. Hərçənd həkimlər qadına işləməyi qadağan etmişdilər.

Nuray sonuncu dəfə həkim müayinələrindən keçir və məlum olur ki, 5 yaşlı qızcığaz yaşaya bilər. Bir şərtlə ki, Rusiya və Ukraynanın reabilitasiya mərkəzlərində iki il ard-arda, iki ay fasilələrlə müalicə alsın. Bütün bunlar isə nə az, nə çox düz 40.000 (qırx mi manat) manata başa gəlir. Bəlkə də, bu məbləğ hansısa imkanlı şəxsin övladının bir aylıq cib xərcliyidir. Amma həmin pulla bir körpənin taleyini xilas etmək mümkündür.

Nuray Anar qızı Əhmədovaya fotoda gördüyünüz hesab vasitəsilə yardım edə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm