Ağsu aşırımı bağlandı
Bizi izləyin

Qırmızı.az

Ağsu aşırımı bağlandı

Ağsu aşırımında avtomobillərin hərəkəti dayandırılıb.

Ağsu Rayon İcra Hakimiyyətindən Publika.az-a artıq Ağsu aşırımında dolaylarda yolların buz bağladığı, hərəkətin tamamilə məhdudlaşdırıldığını bildiriblər.

İcra hakimiyyətindən bildirilib ki, bu gün səhər saatlarından başlayaraq Ağsu aşırımından Şamaxı yoluna qədər maşınlar hərəkət edə bilmir. Hazırda sürücülər alternativ olaraq Kürdəmir yolundan istifadə edir.

Yolların buz bağlaması Ağsu aşırımında qəzaya səbəb olmayıb.

Qeyd edək ki, Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Publika.az-a respublika əhəmiyyətli yollardakı vəziyyətin normal olduğunu deyib.

“Ağsu aşırımında qar yağsa da, yol təmizlənib və nəqliyyatın hərəkətinə normal şərait yaradılıb. Yolda nəqliyyatın hərəkət intensivliyi azdır”,- deyə qeyd edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm