İki qardaşın qətli ilə bağlı rəsmi məlumat
Bizi izləyin

Qırmızı.az

İki qardaşın qətli ilə bağlı rəsmi məlumat

Qaradağ rayonunda iki qardaşı öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus “Vinçester” markalı odlu silahdan Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış “Lexus” markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cavid, Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları qəsdən öldürüb, hadisə yerindən qaçmışdır.

Daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə baxış keçirilmiş, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilmişdir.

Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm