Məktəblərdə ödənişli qrupların sayı artırılır
Bizi izləyin

Qırmızı.az

Məktəblərdə ödənişli qrupların sayı artırılır

Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində məktəbə hazırlıq qruplarının sayı artırılır.

Bu barədə Publika.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Yanvarın sonunadək yeni qruplara uşaqların qeydiyyatı aparılacaq və məşğələlərə start veriləcək. Bu qruplarda məşğələlər iyunun sonunadək davam edəcək.

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 89 məktəbdə fəaliyyət göstərən hazırlıq qruplarına 1907 uşaq cəlb olunub. Sayı 145-ə çatan qruplarda 142 müəllim çalışır. Azərbaycan bölməsi üzrə 118, rus bölməsi üzrə 27 qrup yaradılıb. Azərbaycan bölməsi üzrə qruplarda uşaqların sayı 1579, rus bölməsi üzrə qruplarda isə 328 nəfərdir.

Həftədə 4 gün fəaliyyət göstərən hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, müəyyən bilikləri əldə etməsidir.

Qeyd edək ki, bu qruplar Təhsil Nazirliyinin “Ümumtəhsil məktəblərində pilot məktəbəhazırlıq qruplarının təşkili barədə” və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Məktəbəhazırlıq qruplarının təşkili və fəaliyyəti barədə” əmrlərinə əsasən, yaradılıb. Qeyd olunan qruplar ödənişlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm