ADU-da 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib
Bizi izləyin

Qırmızı.az

ADU-da 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib

Azərbaycan Dillər Universitetində “20 yanvar hadisələrində qadınların qəhrəmanlıq mübarizəsi” adlı dəyirmi masa keçirilib. Publika.az-ın məlumatına görə, tədbir ADU-nun Qadınlar Şurası və Kitabxana İnformasiya Mərkəzinin (KİM) birgə təşkilatçılığı ilə baş tutub.

Dəyirmi masada universitetin Qadınlar Şurasının sədri, Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva, Kitabxana İnformasiya Mərkəzinin müdiri Nuranə Tağıyeva, kafedranın və kitabxanın əməkdaşları iştirak edib.

Giriş nitqi ilə çıxış edən KİM-nin bölmə müdiri Gülxar Məmmədova 20 yanvar hadisələrindən 25 il keçməsinə baxmayaraq o günlərin dərin kədərlə anıldığını bildirib.

ADU-nun Qadınlar Şurasının sədri, Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva çıxışında 20 yanvar hadisələrindən söz açdı, acı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Daha sonra çıxış edən universitetin Tələbə Həmkarlar Təşkilatının sədri Aytəkin Mehdiyeva və Pedaqoji (ingilis dili-fransız dili) fakültənin tələbəsi Çoşğun Dadaşov müstəqilliyin gənc nəsil üçün miras olduğundan, bu mirasın qorunub saxlanılmasının vacibliyindən söz açıblar.

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun 20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün təhsil müəssisələrində qeyd edilməsi məqsədi ilə imzaladığı 6 yanvar 2015-ci il tarixli 8 nömrəli əmrinə əsasən keçirilən keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm