AZAL-dan siqaret qadağası
Bizi izləyin

Qırmızı.az

AZAL-dan siqaret qadağası

“Azərbaycan Hava Yolları”nın (AZAL) bütün uçuşlarında elektron siqaret qurğularından (siqaret, qəlyan, siqar) istifadə qadağan edilib.

Publika.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bundan başqa, elektron siqaret qurğularının qeydiyyata alınmış baqajda daşınmasına da yol verilmir. Belə qurğular sərnişinin əl çantasında daşınmalıdır.

Həmçinin, bütün hallarda litium-metal batareyaların (UN 3090) “Azərbaycan Hava Yolları”nın təyyarələri ilə yük və ya baqaj kimi daşınması qadağandır. Litium-metal batareyalar xüsusi avadanlığın daxilində və ya avadanlıqla birlikdə daşınan zaman (UN 3091) IATA-nın Təhlükəli yüklərin daşınması qaydalarına uyğun olaraq daşınmaya hazırlanmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm