Məktəblərdə davamiyyət 70% olub
Bizi izləyin

Qırmızı.az

Məktəblərdə davamiyyət 70% olub

Hava şəraitinin kəskin dəyişməsi paytaxtla yanaşı bölgələrdə də şagirdlərin davamiyyətinə təsir edib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilir ki, hava şəraitinin kəskin dəyişməsinə baxmayaraq, ölkənin bütün ümumi təhsil müəssisələrində tədris prosesi davam edir.

“Yerli təhsili idarəetmə orqanlarından aldığımız məlumatlara görə, hava şəraiti ilə əlaqədar bəzi yüksək dağlıq ərazilərdə şagirdlərin dərsə davamiyyətində problemlər olsa da, ümumilikdə tədris prosesi pozulmayıb”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, bu gün Bakı məktəblərində 70.5 faiz davamiyyət olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm