• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Bakı Gənclər Klubu” İctimai Birliyi 20 yaşı münasibətilə tədbir keçirib

“Bakı Gənclər Klubu” İctimai Birliyi 20 yaşı münasibətilə tədbir keçirib

“Bakı Gənclər Klubu” İctimai Birliyi özünün 20 yaşını qeyd edib.

Publika.Az-ın xəbərinə görə, mərasimdə Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, bir sıra QHT nümayəndələri, gənclər və digər şəxslər iştirak ediblər.

İlk olaraq klubun yaradıcıları olan E.Aslanov, İ.Babayev, F.Qürbətov və Rafiq Bayramovun iştirakı ilə “Bakı Gənclər Klubu” İctimai Birliyinin yaranmasını əks etdirən kiçik səhnəcik nümayiş olunub. Daha sonra isə videoçarx nümayiş olunub.


Daha sonra qonaqları salamlayan F.Qürbətov bildirib ki, burada olan şəxslər 20 ilin dostlarıdır.


“20 il öncə bu təşkilatı təsis edən zaman ölkəmizdə bu cür imkanlar yox idi. “Bakı Gənclər Klubu” İctimai Birliyi həmin illərdə Azərbaycanda yaranan ilk gənclər təşkilatlarından idi. İnanıram ki, klub öz fəaliyyətini ildən-ilə genişləndirəcək”.

Daha sonra isə İ.Babayev, F.Qürbətov, Ə.Qarayev, E.Aslanov, R.Bayramov və digər şəxslər “Bakı Gənclər Klubu” İctimai Birliyinin dostu adına layiq görülüblər.


İ.Babayev isə vurğulayıb ki, “Bakı Gənclər Klubu” İctimai Birliyi məhz o təşkilatlardandır ki, o bir neçə tələbə gəncin gərgin müzakirə və təşəbbüsü ilə yarandı və yarandığı gündən də uğurlu layihələrə start verdi.


“Sözsüz ki, təşkilat yaranan vaxt hazırda gənclərin böyük dəstəkçisi olan Gənclər və İdman Nazirliyi hələ yaranmamışdı. Nazirlik ondan bir neçə ay sonra yaradıldı və təşkilata böyük dəstək oldu”.


Ə.Qarayev isə vurğulayıb ki, bura öz dostluğunu qoruyub saxlayanlar toplanıb.


“Bakı Gənclər Klubu” İctimai Birliyi Azərbaycanda ilk təsis olunan təşkilatlardandır. Xoşdur ki, bu təşkilatın dostu adına layiq görüldüm. Bu ad mənim üçün ən uca və zirvədə duran adlardandır. Ancaq deyim ki, klub yaranan vaxtlarda gənclər sahəsinə diqqət az idi. Burada da ulu öndərin diqqəti və qayğısı özünü göstərdi. O olmasaydı, bugünkü kreativ ideyalarla çıxış edən Azərbaycan gəncliyi də olmazdı. Məhz həmin ildə o, Gənclər və İdman Nazirliyinin yaranması ilə bağlı əmr verdi. Mən həmin vaxtı gənclər və idman naziri olaraq çalışırdım. Lakin həqiqəti deyim ki, bu ad mənə çox doğmadır. Mən hazırdı mədəniyyət və turizm naziri olsam da, hələ də özümü həmin abu-havada və vəzifədə görürəm. Sözsüz ki, bu da bu sahəyə olan sevgimdən irəli gəlir. Kluba gələcək fəaliyyətində uğurlar arzu edirəm”.


Elnur Aslanov isə bildirib ki, bu gün bizim hamımızın bayramıdır.


“Burada tam sərbəst şəkildə bir ailə toplaşıb. Çox nadir hal ola bilər ki, 20 ildən sonra gənclər təşkilatının yaranması ilə bağlı çox sayda insan toplaşsın. Mən burada 20 ildir, 10 ildir, 5 ildir ki, görmədiyim dostlarımı gördüm. Bu da onu göstərir ki, “Bakı Gənclər Klubu” İctimai Birliyinin təməli möhkəm və sağlam şəkildə qoyulub. “Bakı Gənclər Klubu” Azərbaycan gəncinin avanqardında olan bir təşkilatdır və Azərbaycanda həm də gənclər siyasətinin formalaşmasında mühüm rol oynayıb. Ən əsası odur ki, bu klub səmimi münasibətlərin özəyini təşkil edən bir ailədir. Çox müsbət haldır ki, klub bu günə kimi yaşayır və gənclərin kreativ ideyalarını dəstəkləyir. Çox şadam ki, bu klubun fəxri dostu adına layiq görülürəm. Kluba gələcək fəaliyyətində uğurlar arzu edirəm”.


“Bakı Gənclər Klubu” İctimai Birliyinin sədri Azər Cavadov təşkilatın yaranma tarixi, bugünkü fəaliyyətindən danışıb:

“1994-cü ilin 4 may tarixində Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçib. Təşkilatımızın əsas məqsədi istedadlı və yaradıcı gəncləri öz ətrafına toplamaq, gənclərin asudə vaxtını təşkil etmək, beynəlxalq aləmdə ölkəmizi gənclərin vasitəsilə layiqli təmsil etməkdən ibarətdir. Bu məqsədi əsas götürərək təşkilatımız gələcək fəaliyyətini qurub. Bu fəaliyyətin nəticəsidir ki, yaranan gündən bu günədək bir çox layihələr həyata keçirilib, yerli və beynəlxlaq tədbirlərdə iştirak edib”.


A.Cavadovun sözlərinə görə, təşkilat son 2 ildə 9 layihə həyata keçirib.


“Layihələr bir çox istiqamətdədir. Bunlar əsasən gəncləri maraqlandıran istiqamətlərdir: psixoloji yardım, Azərbaycan tarixi və sahibkarlıq fəaliyyəti. Bu layihələrin içində “Tariximizi öyrənək-irsimizi qoruyaq” layihəsi bu iki dəfə mütəmadi formada yay düşərgəsi şəklində keçirilir.


Deyim ki, təşkilatın fəaliyyəti son 2 ildə uğurlu keçib. Təşkilatımız Gənclər və İdman Nazirliyi tərəfindən “2012 uğurlu fəaliyyətinə görə” təltif edilib. Bundan savayı da təşkilatımız bir çox tədbirlərdə iştirak edərək diplomlarla təltif olunub”.


Daha sonra çıxış edən Azərbaycan respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə deyib ki, “Bakı Gənclər Klubu” İctimai Birliyi ARGTMŞ-nın yaranmasına təkan verən bir təşkilatdır.

“Mən 2007-ci ildən bu təşkilatın üzvüyəm. Burada aktiv ideyalarla çıxış edən gənclər toplaşıb”.

Ş.Seyidzadə bir tərəfində ARGTMŞ-nın loqosu, digər tərəfində isə saat əks olunmuş hədiyyəni kluba təqdib edib. Mərasim konsert proqramı ilə davam edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR