Sərnişin avtobusu avtomobillə toqquşdu: ölən və yaralananlar var
Bizi izləyin

Qırmızı.az

Sərnişin avtobusu avtomobillə toqquşdu: ölən və yaralananlar var

Bu gün səhər saatlarında Bakı-Ələt yolunda minik avtomobili ilə 195 saylı sərnişin avtobusu toqquşub. Hadisə nəticəsində ölən və yaralanan var.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Qaradağ rayonu ərazisində “Daewo” markalı minik avtomobili, “Mercedes” markalı minik avtomobili və “Daewo” markalı sərnişin avtobusu toqquşub.

Nəticədə “Daewo” markalı minik avtomobili ağır deformasiyaya uğrayıb. Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü Şükürov Saleh Məmmədbağır oğlunun cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Publika.az-a verilən məlumata görə, hadisə nəticəsində yaralanan 2 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 2 nəfər isə özü xəstəxanaya müraciət edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm