Gömrükçülərimiz ötən il 178 kq narkotik vasitə tutub
Bizi izləyin

Qırmızı.az

Gömrükçülərimiz ötən il 178 kq narkotik vasitə tutub

Azərbaycan Respublikasının gömrük or­qan­ları tərəfindən 2014-cü ildə həyata keçi­rilmiş kompleks tədbirlər - əməliyyat-axtarış fəaliyyəti və gömrük nəzarəti nəticəsində 10811 hüquqpozma faktı aşkar edilib.

Publika.az Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumat verir ki, bu faktlardan 424-ü cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutul­muş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 2 milyon 577 min 813 ma­natdan çox təşkil edib. Bu əməllərin tö­rə­dilməsində şübhəli bilinən 473 nəfərin (375 Azərbaycan vətəndaşı, 98 xarici) barə­sində müvafiq tədbirlər görülüb.

Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psi­xot­rop mad­dələrin və onların prekursor­ları­nın qanun­suz dövriyyəsinə və narko­man­lığa qarşı mübari­zə­yə dair 2013-2018-ci illər üçün Dövlət Proq­ramı”nın icrasını təmin etmək və gömrük sərhədindən nar­ko­tiklərin qanunsuz keçiril­mə­sinin qarşı­sını almaq məqsədilə gömrük or­qanları tərəfindən (o cümlədən digər hü­quq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 2014-cü il ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 158 fakt aşkar olunub.

Bu faktlar üzrə ümumilikdə 178 kq 369 qramdan çox narkotik vasitə və psixotrop maddə, o cümlədən 35 kq 926 qram tiryək, 27 kq 037 qram marixuana, 38 kq 454 qram həşiş, 76 kq 669 qram heroin, 56,9 qram metadon, 221,4 qram metamfetamin, 10 konvalyut diazepam, 30 ədəd alprazolam, 1,4 qram fenobarbital, 110 flakon və 10 konvalyut klonazepam, 20 konvalyut xlordia­zepoksid və digər maddələr qanunsuz döv­riyyədən çıxarılıb.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 185 nəfər (159 nəfər kişi, 26 nəfər qadın) barəsində müvafiq tədbirlər görülüb
2014-cü il ərzində kinoloqlar tərəfindən narkotik axtarışı üzrə xidməti itlərin tətbiqi nəticəsində 16 fakt üzrə ümumilikdə 7 kq 249 qram narkotik vasitə, o cümlədən 5 kq 590 qram tiryək, 64 qram heroin, 20 qram həşiş, 1 kq qurudulmuş marixuana, 215 qram meta­don məhlulu aşkar olunub. Hesabat ilin­də Kinoloji Mərkəz tərəfindən narkotik ax­tarışı üzrə 18 it əldə olunaraq təlimləndirilmiş, beynəlxalq əməkdaşlıq çərçivəsində Toqo və Monqolustan gömrük xidmətlərinin hər birinə iki baş xidməti axtarış iti verilib.

2014-cü il ərzində Azərbaycan Respub­likası gömrük orqanları tərəfindən aşkar olunmuş 10387 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 287 hüquqi şəxs (o cümlədən 144 xarici hüquqi şəxs) və 10089 fiziki şəxs (o cümlədən 6218 xarici) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 1 milyon 206 min 651 manat cərimə tətbiq olunmaqla, dəyəri 228 min 933 manat olan mallar müsadirə edilib.
Gömrük qaydaları əleyhinə inzibati xətalar əsasən malların və nəqliyyat vasitələrinin vaxtında çatdırılmaması, gömrük sərhədindən gömrük nəzarətindən gizli və kənar keçiril­məsi, bəyan edilməməsi və ya düzgün bəyan edil­məməsi, onların müvəqqəti idxal müd­dətlərinin pozulması ilə əlaqədar olub.

“Valyuta tənzimi haqqında” qanuna və digər qanunvericilik aktlarına əsasən gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azər­baycan Respublikasının gömrük sərhə­dindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 514500 ABŞ dolları, 72100 avro, 630000 rus rublu, 730,6 qram qızıl, 130 ədəd qızıl zinət əşyaları, 62 kq 429 qram gümüş aşkar olunub.

Hesabat ilində həmçinin 127 ədəd bədii, tarixi, arxeoloji əhəmiyyət kəsb edən əşya, 1 910 000 ədəddən çox petarda və digər pirotexnika məhsulları, 38 ədəd elektroşoker, 12 ədəd odlu silah patronu, 2 ədəd ov silahı, 64 ədəd ov silahlarının sursat və ləvazimat­ları, 8 ədəd qaz silahı və 57 ədəd qaz silahı üçün patron, 27 ədəd pnevmatik silah və 2398 ədəd pnevmatik silah üçün sursat, 4 kq 600 qram civə, 772 ədəd soyuq silah, 979 ədəd televizor, 1643 ədəd məişət texnikası, 1054 ədəd mobil telefon və 2183 ədəd telefon aksesuarları, xeyli miqdarda dərman vasitə­ləri, baytarlıq və bitki dərmanları, 4 kq-dan çox qara kürü, 9470 ədəd parfümeriya və kosmetika ləvazimatları və digər mallar tutulub.

Hesabat dövründə gömrük orqanları tərəfindən alkoqollu içkilərin, etil (yeyinti) spir­tinin və tütün məmulatlarının idxalı za­ma­nı vergidən yayınma və aksiz markaları­nın tətbiqi qaydalarının pozul­ması hallarının qar­şısının alınması üçün qəti tədbirlər gö­rülüb, aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 12 076 476 ədəd xaricdə istehsal olunan siqaret, 1152 litr və 5792 ədəd spirtli içki, o cümlədən 525000 ədəd digər ölkələrin aksiz markaları və 4 top saxta aksiz markaları saxlanılıb.

Eyni zamanda, 2014-cü ildə konrtafakt və saxta malların qaçaqmalçılığına qarşı tədbir­lər gücləndirilmiş, 3 fakt üzrə hüquqpoz­manın predmeti kimi götürülmüş 12,5 kq kiflənmiş yağ məmulatı, 500 qram balıq kürüsü, 16 kq kiflənmiş pendir, 9 kq sosiska, 32 kq kolbasa, 24,3 kq kolbasa məmulatları, 68 ədəd müxtəlif markalı mobil telefonlar keyfiyyətsiz, istehsal və son müddəti başa çat­dığından kontrafakt (saxta) mallar qismin­də sənədləşdirilərək qanunvericiliyə uyğun qa­nunsuz dövriy­yədən çıxarılıb.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm