Ana və körpəsi doğuş zamanı öldü - DAHA BİR FACİƏ
Bizi izləyin

Qırmızı.az

Ana və körpəsi doğuş zamanı öldü - DAHA BİR FACİƏ

Azərbaycanda daha bir ana və uşaq ölümü baş verib. Qax rayonunun Almalı kənd sakini 37 yaşlı Qızbəs Ağayeva doğuş zamanı körpəsini itirib, bir saat sonra da özü ölüb.

Qax rayon Mərkəzi Xəstəxanasının Ginekologiya şöbəsindən Publika.az-a verilən məlumata görə, bu, qadının 3-cü hamiləliyi olub.

“Qadın doğuş sancısı ilə axşam saatlarında ailəsi tərəfindən xəstəxanaya gətirilib. Doğuş təbii yolla olub və uşaq ölü doğulub. Doğuşdan bir saat sonra isə ana ölüb. Qadın hamiləliyin 35-36-cı həftəsində olub. Uşağın ölüm səbəbi bəlli deyil. Ananın ölümündə ilkin səbəb kimi trombaemboliya göstərilir”.

Şöbədən bildirdilər ki, hamiləlik zamanı daim həkim nəzarətində olan qadında qanazlığı və aşağı ərtaflarda varikoz genişlənmə olub. Ölüm səbəbi araşdırılır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm