Havanın hərarəti yüksəlir
Bizi izləyin

Qırmızı.az

Havanın hərarəti yüksəlir

Azərbaycan ərazisində mülayim hava şəraiti müşahidə ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Porqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın Publika.az-a verdiyi məlumata görə, yanvarın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti müşahidə ediləcək.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm