11 dərəcə şaxtada çörək pulu qazanan uşaqlar - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

11 dərəcə şaxtada çörək pulu qazanan uşaqlar - FOTOLAR

7 yaşlı İsa Davulcu bibisi ilə birlikdə 11 dərəcə şaxtada kağız toplayaraq çörək pulu qazanır.

Publika.az-ın məlumatına görə, Türkiyənin Kayseri vilayətində yaşayan 16 yaşlı Xədicə Davulcu bütün günü küçədə gəzərək zibilliklərdən kağız toplayır.

Bu işdə ona qardaşı oğlu İsa Davulcu da kömək edir. Onlar zibil qablarını eşələyib topladıqları kağız parçalarını arabalara yığıb təhvil verirlər. Xədicənin tapdığı kağızları İsa səliqəli şəkildə torbalara yığıb arabaya yükləyir. Bəzən özü də yol kənarı, zibil qablarından kağız axtarır. Onlar şaxtalı havada bütün günü küçədə qaldıqlarına görə üşüsələr də, bu işi görməyə məcbur olduqlarını deyirlər.

İsa atasının da kağız toplayaraq onlara baxdığını və atasından oyuncaq maşın istədiyini deyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm