Kamran Ağayev qumarda uduzduğu üçün intihar edib
Bizi izləyin

Qırmızı.az

Kamran Ağayev qumarda uduzduğu üçün intihar edib

Yanvarın 8-də saat 12 radələrində Bakı şəhər sakini Kamran Ağayevin Yasamal rayonu ərazisində meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər təxirəsalınmaz prosessual hərəkətlər aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilib, o cümlədən mərhumun ailə üzvləri və digər yaxın qohumları şahid qismində dindiriliblər. İlkin ehtimallara görə, Kamran Ağayevin intihar etməsinə səbəb onun idman-mərc oyunlarında uduzması ilə əlaqədar maddi vəziyyətinin pisləşməsi olub. Lakin mərhumun intihar etməsinin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində digər fərziyyələr ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm