Bərdədə çaqqallar qaçqınlara hücum edib
Bizi izləyin

Qırmızı.az

Bərdədə çaqqallar qaçqınlara hücum edib

Bərdədə yırtıcılar məcburi köçkünlərin məskunlaşdığı əraziyə hücum edib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Zümürxan kəndində baş verib.

Zümürxan kəndi ərazisində məskunlaşan məcburi köçkünlərin təsərrüfatı yırtıcı heyvanların hücumuna məruz qalıb. Bir neçə çaqqal həyətyanı sahəsindəki ev quşlarını parçalayıb. Əvvəllər də yırtıcıların toyuq cücəyə hücum etdiyini deyən sakinlər çarəni tələ tutmaqda görüblər.

Axşam saatlarında yırtıcılardan biri tələyə düşüb. Məcburi köçkünlər yaralı heyvanı təbiətə buraxacaqlarını deyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm