Qırmızı.az
Tələbəni aldadan şəxsə qarşı cinayət işi açılıb
Bakıda baş vermiş dələduzluq faktı ilə bağlı cinayət işi açılıb.
Lent.az-ın məlumatına görə, keçən il iyulun 2-də Şəmkir rayon
sakini, Azərbaycan Pedoqoji Universitetinin tələbəsi, 1991-ci il
təvəllüdlü Məmmədov Nahid Namaz oğlu dövlət imtahanından keçmək
üçün Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Vəliyev Vüqar Zülfi
oğluna müraciət edib. V.Vəliyev N.Məmmədovu dövlət imtahanından
keçirəcəyinə söz verib və N.Məmmədovdan Bülbül prospekti 9
ünvanının qarşısında 2500 manat pul alıb. Lakin tələbə yenə də
dövlət imtahanından keçə bilməyib. Üstəlik o, V.Vəliyevə verdiyi
pulu geri ala bilməyib.
Bu günlərdə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət
daxil olub. Fakt üzrə Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq)
maddəsi ilə iş başlanılıb.
Zəruri istintaq hərəkətləri həyata keçirilir.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...