3 yaşlı oğlanı kanalizasiya yandırdı - FOTO
Bizi izləyin

Qırmızı.az

3 yaşlı oğlanı kanalizasiya yandırdı - FOTO

Xəstəxanaya aparılmış 3 yaşlı oğlanda ciddi yanıq xəsarətləri var

3 yaşlı oğlan əlindəki yanan fişəngi qəflətən aşağı salanda baş verəcək faciəni kimsə ağlına gətirməzdi.

Uşaq kanalizasiya quyusunun kənarında durduğundan, yanan fişəng quyuya düşüb. Bu zaman quyudakı kanalizasiya sularından ayrılan qazlar partlayıb və alov quyudan çıxaraq 3 metr hündürlüyə yüksəlib.

Alov uşağı qarsıb.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Çinin mərkəzindəki Hubey vilayətinin Szyanyan şəhərində yaşanıb. 3 yaşlı Donq Lyunun durumu çox ağırdır.


Xəstəxanaya aparılmış 3 yaşlı oğlanda ciddi yanıq xəsarətləri var.


Donqun anası Dun Lyunun dediyinə görə, oğlu evin qarşısında oynayanda kanalizasiya quyusunun qarşısına gedib.

"Küçədə belə kanalizasiya lyukları çoxdur. Bələdiyyəyə nə qədər desək də, problem həll olunmayıb. Üstəlik, küçə zir-zibillə doludur. Oğlumun başına gələnlərdə də bələdiyyə suçludur", - Dun Lyu deyib.


Üzü və bədəni, habelə daxili orqanları yanıq xəsarətləri almış balaca Donq indi reanimasiya bölməsindədir.


Onun vəziyyəti kritikdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm