19 yaşlı gənc müəmmalı şəkildə öldü
Bizi izləyin

Qırmızı.az

19 yaşlı gənc müəmmalı şəkildə öldü

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır

Ötən gün axşam saat 22:00 radələrində Zaqatala şəhəri, Saleh Qocayev küçəsi-57 ünvanında müammalı ölüm hadisəsi baş verib. Ans press-in bölgə müxbirinin verdiyi məlumata görə, axşam ağır xəstənin olması barədə Zaqatala rayon Mərkəzi Xəstəxanasının Təcilli Yardım şöbəsinə məlumat daxil olub. Təcili yardım həkimləri həmin ünvana çatarkən, bir neçə adam bir gənci təcili yardım maşınına qoyublar. Oğlanı gətirənlərdən biri hərbi geyimdə olub. Xəstə xəstəxanaya gətirilib və həkimlər müayinə edərkən onun keçindiyi məlum olub.

Araşdırmalar zamanı dünyasını dəyişən şəxsin 1995-ci il təvəllüdlü Elvin Ələkbər oğlu Xəlilov olduğu bilinib. İlkin ehtimala görə, E.Xəlilov qidadan zəhərlənib. O, səhər dostları ilə birlikdə yeyib-içəndən sonra vəziyyəti pisləşib.


Qeyd edək ki, E.Xəlilov Gürcüstan ali məktəblərinin birində təhsil alır.


Bu gün meyitin üzərində aparılacaq tibbi ekspertizanın rəyindən sonra ölümün səbəbləri məlum olacaq. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm