• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Qənirə Paşayeva Tovuzda Olimpiada iştirakçıları ilə görüşüb

Qənirə Paşayeva Tovuzda Olimpiada iştirakçıları ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Tovuzda 9, 10 və 11-ci siniflər arasında Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya və biologiya fənnləri üzrə keçirilən rayon olimpiadasının iştirakçıları ilə görüşüb. Nəsrəddin Tusi adına məktəbdə keçirilən olimpiada başa çatdıqdan sonra gənclərlə görüşən millət vəkili Qənirə Paşayeva bildirib ki, bu cür olimpiadalar təhsilin inkişafına öz müsbət təsirini göstərir, şagirdlər arasında elmə, biliyə meylin artmasına, gənclər arasında tariximizin, ədəbiyyatımızın, dəqiq elmlərin daha geniş öyrənilməsinə təkan verir.

Rayonun istedadlı şagirdləri arasında 7 fənn üzrə keçirilən olimpiada müəllimlərin məsuliyyətini daha da artırmaqla yanaşı şagirdlər arasında bu yarışmalarda iştirak etmək və qalib gəlmək üçün böyük həvəs və sağlam rəqabəti də artırır. Olimpiada itirakçıları ilə söhbət zamanı millət vəkili birdirib ki, hansı peşənin sahibi olmaq istəyindən asılı olmayaraq hər bir gəncimiz öz ana dilini, ədəbiyyatını və tarixini də dərindən öyrənməlidir.

Qənirə Paşayeva orta məktəbd' yaxşı oxuyan şagirdlərin təhsili, problemlərlə də maraqlanıb və onlarla geniş fikir mübadiləsi aparıb. Gənclərlə bir-bir görüşən millət vəkili onlara müəyyən tövsiyyələrini də verib və müəllimlərlə də geniş söhbət edib. Dərslərlə bərabər xarici dillərin yüksək səviyyədə öyrənilməsinin vacibliyini vurğulayan millət vəkili ən yüksək nəticələrlə oxuyan gənclərin gələcəkdə xarici ölkələrdə təhsil ala bilmə imkanları ətrafında da fikir mübadiləsi aparıb.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva bütün olimpiada iştirakçılarına özünün müəllifi olduğu kitabları imzalayaraq hədiyyə edib və rayon olimpiadasında yaxşı nəticələr göstərərək Pespublika olimpiadasında iştirak edəcək gənclərə uğurlar arzulamaqla bərabər bütün gənclərə özlərinə inanmağı, daha çox çalışmağı və uğurlar diləyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR