• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Yolların buzu açıldı, tıxac başlandı

Yolların buzu açıldı, tıxac başlandı

Şaxtalı və qarlı havalar bitən kimi yenə Bakının tıxac problemi özünü göstərməyə başlayır. Həftənin ilk iş günü artıq bəzi yollarda avtomobillərin hərəkəti çətinləşib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, hazırda Bülbül prospektində və Azadlıq prospektindən üzü “28 May” metrosu istiqamətində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur. Bu yollara alternativ S. Vurğun küçəsi olsa da, hazırda həmin küçədə təmir işləri aparıldığından sürücülər çətinliklə də olsa, elə bu prospektlərdən istifadə etmək məcburiyyətindədirlər.

Hazırda Bakı-Sumqayıt şosesindən üzü şəhər istiqamətində, Ş.İ.Xətai prospektindən Təhsil Nazirliyinin qarşısına doğru və C. Cabbarlı küçəsində - Kaspian Plazanın qarşısında tıxac var. Sürücülərə alternativ olaraq Təbriz küçəsi və İnşaatçılar prospekti ilə hərəkət etmək tövsiyə olunur.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR