Sabah hava küləkli olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah hava küləkli olacaq

Sabah Bakıda hava küləkli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Porqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, yanvarın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.

Güclü cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam mülayimləşəcək.

Yanvarın 15-dək Abşeron yarımadasında meteroloji amillərin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.

Havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 6-10 dərəcə isti müşahidə ediləcək.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm