Qırmızı.az
Məşhur ərəb milyarderi şəxsi təyyarəsi ilə Bakıya gəldi – FOTOLAR
Dubay nəhəngi “Khazar İslands” layihəsinə maraq göstərir.
“Avesta Concern”in həyata keçirdiyi “Khazar İslands” layihəsinə nəhəng tikinti şirkətlərinin marağı günü-gündən artır.
Publika.az-ın məlumatına görə, Dubayın iki ən böyük tikinti şirkətindən biri hesab olunan “DAMAC Properties” şirkətinin direktoru Hüsseyn Sacvaninin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfər etməsi də “Khazar İslands” layihəsinə artan marağa bariz nümunədir.
Şəxsi təyyarəsi ilə Bakıya gələn “DAMAC Properties” şirkətinin prezidenti Hüsseyn Sacvani “Khazar İslands” layihəsinin həyata keçirildiyi ərazidə olub, “Avesta Concern” prezidenti Hacı İbrahim Nehrəmli ilə görüşüb.
“DAMAC Properties” şirkətinin prezidenti Hüsseyn Sacvaniyə rəhbərlik etdiyi şirkət, onun həyata keçirdiyi layihələr və “Khazar İslands” haqqında geniş məlumat verən “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli əməkdaşlığa hazır olduqlarını da qonağın diqqətinə çatdırıb.
“DAMAC Properties” şirkətinin prezidenti Hüsseyn Sacvani də öz növbəsində rəhbərlik etdiyi şirkət, onun yalnız Dubayda deyil, eyni zamanda Qətər, Səudiyyə Ərəbistanı, İraq, İordaniya, Livan və digər ölkələrdə həyata keçirdiyi layihələr haqqında məlumat verib.
Dubaylı iş adamı bildirib ki, bu günə kimi əsasən Yaxın Şərq ölkələrinə üstünlük versələr də, indi dünyanın başqa regionlarında da fəaliyyət göstərmək istəyirlər. Bu mənada “Khazar İslands” layihəsinin bir başlanğıc ola biləcəyinə, bu layihənin onların Azərbaycan və ümumiyyətlə Cənubi Qafqazda fəaliyyətə başlamalarına təkan verə biləcəyini qeyd edib.
“Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli “Khazar İslands” layihəsinə dünyanın nəhəng tikinti şirkətlərinin maraq göstərdiyini, bir neçə şirkətlə əməkdaşlığın təməlinin qoyulduğunu bildirib və “DAMAC Properties” şirkəti ilə də əməkdaşlığa hazır olduqlarını bəyan edib.
Danışıqların sonunda əməkdaşlığın sürətləndirilməsi üçün qərar qəbul edilib.
Bildirilib ki, “DAMAC Properties” şirkətinin Azərbaycanda fəaliyyət göstərməsi Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşuna marağı daha da artıra bilər.
Xatırladaq ki, “DAMAC Properties” şirkəti hazırda Səudiyyə Ərəbistanın ikinci ən böyük şəhəri və maliyyə paytaxtı hesab olunan Ciddədə “Versace Home”, Dubayda “DAMAC Maison Tower” və “DAMAC Towers by Paramount”, eləcə də “Akoya DAMAC” kimi nəhəng layihələr həyata keçirir.
Onu da deyək ki, hazırda Hüsseyn Sacvaninin adı dünyanın ən varlı şəxsləri siyahısında yer alır. Onun 3 milyard dollar pulunun olduğu deyilir.
Vasif Həsənli
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO