Qırmızı.az
BANM iki tələbəsini Böyük Britaniyaya göndərir - FOTO
Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Aidə Soltanova və Kimya mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Kamran Əliyev Böyük Britaniyanın nüfuzlu Heriot-Vatt Universitetinin Edinburq kampusunda 1(bir) semestr müddətində öz ixtisasları üzrə təhsil alacaqlar.
Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən
Publika.az-a verilən məlumata görə, Bakı Ali Neft
Məktəbində hər iki tələbənin valideynlərinin də iştirakı ilə tədbir
keçirildi. Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru
Elmar Qasımov bildirdi ki, tələbələrin Heriot-Vatt Universitetinə
təhsil almağa göndərilməsi Bakı Ali Neft Məktəbində düzgün qurulmuş
beynəlxalq əməkdaşlıq sayəsində əldə olunub.
Belə ki, Aidə Soltanova və Kamran Əliyev Böyük Britaniyanın
Heriot-Vatt Universiteti ilə BANM arasında əməkdaşlıq müqaviləsi
çərçivəsində oxumağa göndərilirlər. Elmar Qasımov dedi ki,
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təhsil
sahəsinə ayırdığı xüsusi diqqət və qayğısı, eyni zamanda dövlətimiz
tərəfindən aparılan siyasət nəticəsində bu işlər BANM-də düzgün və
ardıcıl siyasətin davamı kimi həyata keçirilir və gənclər üçün yeni
üfüqlər açır. O bildirdi ki, bir semestr orada oxuduqdan sonra,
təhsillərini başa çatdırmaq məqsədi ilə tələbələr Bakı Ali Neft
Məktəbinə qayıdacaqlar. Elmar Qasımov vurğuladı ki, bu imkan
tələbələr üçün böyük beynəlxalq təcrübə, həmçinin motivasiya
olacaq. Tələbələrə getdikləri ölkənin tarixi, çoğrafiyası,
mədəniyyəti, adət-ənənələrini də öyrənməyin zəruriliyini deyən
Elmar Qasımov bildirdi ki, yarandığı qısa dövr ərzində ilk dəfədir
ki, Ali Məktəb tərəfindən tələbələr xarici ölkəyə oxumağa
göndərilir. Bundan sonra o, BANM-in tələbələrinin hər il müxtəlif
ixtisaslar üzrə təhsil almağa göndəriləcəyini bildirdi və dedi ki,
bu ənənəvi olaraq davam etdiriləcək. Rektor tələbələrin yüksək
təhsil və bilik göstərməklə yanaşı, həm də orada təmsil etdikləri
Ali Məktəbin adını və Azərbaycanın bayrağını hər zaman yüksəkdə
tutacaqlarından əminliyini bildirdi.
Tələbələr Aidə Soltanova və Kamran Əliyev çıxış edərək, həm
rektor Elmar Qasımova, həm də BANM-in professor-müəllim heyətinə öz
minnətdarlıqlarını bildirdilər. Onlar bu uğurun qazanılmasında
BANM-in müasir biliklərə malik savadlı müəllimlərinin böyük xidməti
olduğunu dedilər. Hər iki tələbə getdikləri ölkədə BANM-ni və
Azərbaycanı yüksək səviyyədə təmsil edəcəklərinə söz
verdilər.
Tələbələrin valideynləri də Azərbaycan Respublikası Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin təhsilə
qayğısından söz açdılar, həmçinin yaradılan bu imkana görə ARDNŞ-ın
prezidenti Rövnəq Abdullayevə və BANM-in rektoru Elmar Qasımova, o
cümlədən BANM-in professor-müəllim heyətinə öz minnətdarlıqlarını
bildirdilər.
Qeyd edək ki, Böyük Britaniyanın Heriot-Vatt Universitetində təhsil almaq üçün seçilən tələbələr BANM-də təşkil olunan ingilis dilində hazırlıq proqramında iştirak edərək biliklərini təkmilləşdiriblər və imtahandan müvəffəqiyyətlə keçiblər. Tələbələr Heriot-Vatt Universitetində oxuduqları müddətdə Böyük Britaniyanın təhsil mühiti və tədris proqramları ilə daha yaxından tanış olaraq, nəzəri və praktik biliklərini daha da genişləndirəcək və dünyagörüşlərini artıracaqlar. Tələbələrin beynəlxalq nəqliyyat, eləcə də Heriot-Vatt Universitetində qaldıqları müddətdə yaşayış və təhsil xərcləri Bakı Ali Neft Məktəbi tərəfindən ödəniləcək. Tələbələrə bir semestr boyu BANM tərəfindən aylıq vəsait də ödəniləcək. Tələbələr mayın 22-nə qədər Böyük Britaniyada olacaqlar.
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi