Müəllimə məktəbdə dünyasını dəyişdi
Bizi izləyin

Qırmızı.az

Müəllimə məktəbdə dünyasını dəyişdi

Paytaxt məktəblərinin birində müəllimə ölüb. Hadisə ötən gün Zabrat qəsəbəsi 307 saylı məktəbdə baş verib.

Məktəbdən Publika.az-a verilən məlumatda bildirilir ki, 1981-ci il təvəllüdlü Təranə Muradovanın ürəyində narahatlıq olsa da, heç vaxt məktəbdə narahatlıq keçirməyib. Ötən gün şagirdləri evə yola salandan sonra onun qəfildən halı pisləşib. Təcili yardım çağırılıb. Həkimlər gələnə qədər müəllimə dünyasını dəyişib.

Həmin vaxt onun həmkarları yanında olublar. Hazırda ölümün səbəbləri araşdırılır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm