İt narkotik tapdı
Bizi izləyin

Qırmızı.az

İt narkotik tapdı

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları 700 qrama qədər narkotik maddənin ölkəyə gətirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikası ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Fazil Sadıqovun idarə etdiyi “Kamaz-5320” markalı yük avtomobilinə xidməti itin tətbiqi ilə baxış keçirilib. Baxış zamanı xidməti itin reaksiyasına əsasən, avtomobilin qoşqusunun alt tərəfindən 1 ədəd bükümdə, xalis çəkisi 665 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm