Qırmızı.az
Yol polisindən xəbərdarlıq: Sürət həddini aşmayın
Bakının yol polisi paytaxtın əsas prospektlərindən birində sürət həddi ilə bağlı xəbərdarlıq edib.
Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə deyib ki, sürücülər Ziya Bünyadov (keçmiş Dərnəgül şosesi) prospektində hələlik maksimim 70 km/saata qədər sürətlə hərəkət etməlidirlər: “Paytaxtın el arasında "Dərnəgül şosesi" kimi tanınan Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin hərəkəti üçün şərait yaradılsa da, hələlik yol boyu müvafiq sürət həddini tənzimləyən və ya hərəkətlə bağlı texniki vasitələr tam quraşdırılmayıb. Qeyd edək ki, paytaxtda yaşayış massivlərində avtomobillərin hərəkət sürəti 60 km/saat nəzərdə tutulur. Ona görə də bu yolla Qələbə meydanından metronun “Koroğlu” stansiyasına qədər hərəkət edən avtomobil sürücülərindən xahiş olunur ki, yolun yaşayış massivindən keçdiyini nəzərə alaraq prospekt boyu elektron tablolar quraşdırılanadək istər əsas, istərsə də kənar yolla hərəkət edərkən yol qəzalarının baş verməməsi üçün sürət həddini 60 km/saat, yəni maksimum 70 km/saat-a qədər seçsinlər".
Onun sözlərinə görə, prospekt boyu 4 yerdə sürət həddini bildirən elektron tabloların quraşdırılması nəzərdə tutulur.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!