Bakıda gürcülərdən ibarət cibgir dəstə tutuldu
Bizi izləyin

Qırmızı.az

Bakıda gürcülərdən ibarət cibgir dəstə tutuldu

Paytaxt ərazisində cibgirliklə məşğul olan cinayətkar dəstə zərərsizləşdirilib.

Publika.az-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 24-cü polis bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 11-də saat 11:00 radələrində, Naxçıvanski küçəsi 38-də yerləşən bazarda Bakı şəhər sakinləri Mərdan Qənbərovun cibindən 52 manat, saat 11:30 radələrində Əlif Orucovun cibindən 242 manat pulunu cibgirlik yolu oğurlamaqda şübhəli bilinənlər, Gürcüstan vətəndaşları 1977-ci il təvəllüdlü Goqolodze Georqia Merlakoviç, 1981-ci il təvəlüdlü Geduadze Guram Giorgeviç, Eristavi David Meraboviç və 1980-ci il təvəllüdlü Kereselidze Mindia Nudaroviç tutulub.

Şübhəli şəxslərin üzərinə baxış zamanı G.Goqolodzedən 2,035 qram, G.Gequhadzedən 1,942 qram, D.Eristavidən 1,919 qram və M.Kereselidzedən 2,310 qram tiryək aşkar olunaraq götürülüb.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm