Polis metroda dava salanları axtarır (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Polis metroda dava salanları axtarır (YENİLƏNİB)

Metronun Elmlər Akademiyası stansiyasında sərnişinlər arasında insident yaşanıb.

Publika.az-a daxil olan məlumata görə, eskalatorla hərəkət edən sərnişinlər arasında yaşanan mübahisə əlbəyaxa dava ilə nəticələnib. Nəticədə eskalatordakı lampalar sınıb, hərəkət dayanıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təsdiqləyib. Hadisə ilə bağlı araşdırma aparılır.

Gülxar

***

“Bakı Metropoliteninin Elmlər Akademiyası stansiyasında sərnişinlər arasında baş verən insidentin səbəbləri və hadisənin iştirakçıları ilə bağlı araşdırmalara başlanılıb”

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a verdiyi məlumata görə, eskalatorla hərəkət edərkən mübahisə, sonra isə dava salan sərnişinlər qaçıblar:

“Hal-hazırda Bakı Metropoliteninin polis şöbəsinin əməkdaşları bununla bağlı araşdırma aparırlar. Sərnişinlər arasındakı mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib. Saat 13:21-də sərnişinlərin dava salması haqda xəbər tutan kimi işçilər eskalatorun hərəkətini dayandırıblar. Saat 13:32-də, ara sakitləşən kimi eskalatorun hərəkəti bərpa edilib. Dava nəticəsində eskalatorun 4 lampası sındırılıb, metroya ciddi ziyan dəyib. Amma təhlükəsizlik kameraları vasitəsilə araşdırmalar davam etdirilir”.

Nəsimi Paşayev buna baxmayaraq, stansiyaya giriş-çıxışın bağlanmadığını, sərnişinlərin hərəkətinin davam etdiyini bildirdi:

“Dava salanların neçə nəfər olduqları, habelə kimlikləri hələ məlum deyil. Polis əməkdaşları bununla bağlı metrostansiyanın içindəki təhlükəsizlik kameralarına baxış keçirəcəklər. Araşdırmalardan sonra bununla bağlı müəyyən addımlar atılacaq”.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm