Qusarda itkin düşən gəlinin taleyi məlum deyil – TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

Qusarda itkin düşən gəlinin taleyi məlum deyil – TƏFƏRRÜAT

“Hiloba kəndində bir neçə gün bundan əvvəl itkin düşən 21 yaşlı Güləsər Səlimova ilə bağlı hələlik heç bir dəqiq məlumat yoxdur. Hadisə yanvarın 1-dən 2-nə keçən gecə baş verib”.

Qusar rayonunun Quxuroba kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Akif Ağakərimov Publika.az-a açıqlamasında bildirib ki, yaxınları 21 yaşlı qadının yerini bilmirlər:

“İtkin düşən Güləsər Səlimovanın harda olduğunu ailəsi də bilmir, çünki ailə üzvləri ilə əlaqə saxlamayıb. Qoşulub qaçdığı və ya qaçırıldığı ehtimal olunan Güləsərin internetdə tanış olduğu oğlanla yazışıb ünsiyyət qurduğu bildirilir. Kənd sakinləri bildirirlər ki, onlar internetdə yazışdıqdan sonra telefon vasitəsilə əlaqə saxlayaraq danışıblar. Güləsər Səlimovanın qoşulub qaçdığı və ya qaçırıldığı ehtimal edilir”.

Qusar rayonunun Quxuroba kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi bildirib ki, Güləsər Səlimovanın qaçırılması xəbəri artıq təsdiqini tapıb:

“Hiloba kəndinin itkin düşən 21 yaşlı gəlinin hansı kəndə qoşulub qaçdığı hələ dəqiqləşdirilməyib. Amma onlar internetdə tanış olduqlarından həmin oğlanın Qusarın hansısa kəndində yaşayıb-yaşamaması məlum deyil. Bu səbəbdən onların harda olduqları da bilinmir”.

Akif Ağakərimovun sözlərinə görə, Güləsər Səlimovanın həmin oğlanla nə vaxt tanış olduğu da məlum deyil. Kənd sakinləri qoşulub qaçan 21 yaşlı gəlinin ailəsində hər hansı söz-söhbətin olub-olmamasından xəbərsizdirlər.

Bu barədə anspress.com-un yaydığı məlumata görə, Güləsər Səlimova qoşulub qaçdığı gün öz mobil nömrəsini ərinin telefonuna salaraq danışıb. Daha sonra nömrəsini bu telefondan çıxarıb. Bu tarixdən sonra o yoxa çıxıb.

Həyat yoldaşı telefonunu açanda naməlum nömrədən mesaj gəldiyini görüb. Mesajda isə "səni Çoban qəsəbəsinin kruqunda gözləyirəm" yazılıb.

Artıq ailəsi hadisə haqqında Qusar rayon polis şöbəsinə məlumat verib. Faktla bağlı araşdırma aparılır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm