• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Suriyaya gedən qızlara saxta sənəd düzəldən notariusdan AÇIQLAMA

Suriyaya gedən qızlara saxta sənəd düzəldən notariusdan  AÇIQLAMA

“Bununla bağlı lazımi addım atılıb və təsdiqlənib ki, uşaqların sərhədi keçməsi üçün verilən etibarnamələrə vurulan imzalar adı çəkilən şəxsə məxsus deyil, saxtadır”.

Bu sözləri Axar.az-a 48 saylı notariat kontorundan notarius Hüseynov Səadət Eldar oğlunun Suriyaya gedən anaya 3 azyaşlı uşağına atalarının icazəsi olmadan sərhədi keçmək üçün verilən etibarnaməyə imza atması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirdilər.

Notariat kontorundan deyilənə görə, qayınanası, bacanağı, baldızı, həyat yoldaşı 3 azyaşlı uşağı ilə birlikdə Suriyaya gedən ailə başçısı, Şəki Daşüz kənd sakini İbrahim Məmmədovun dedikləri araşdırılıb və təsdiqini tapmayıb:

“Məsələdən bizim də xəbərimiz var. Bu xəbərdən sonra deyilənləri araşdırdıq. Ədliyyə və Daxili İşlər Nazirliyi də məsələni araşdırıb. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi də bununla bağlı araşdırma aparır. Lazımi orqanlar bu məsələni araşdırırsa, əlavə sözə ehtiyac yoxdur. Araşdırma nəticəsində təsdiqlənib ki, həmin uşaqların ölkədən çıxa bilmələri üçün onlara verilən etibarnaməyə atılan imzalar notarius Hüseynov Səadət Eldar oğluna məxsus deyil. Ümumiyyətlə, sənədə atılan imzalar bizim notariat kontoruna aid deyil. Saxta sənədlərdir. Məsələ ilə lazımi qurumlar məşğul olur”.

Qeyd edək ki, söhbət Şəkidən daha bir ailənin Suriyaya getmək üçün qanunsuz sənəd düzəltməsindən gedir. Rayonun Daşüz kənd sakini İbrahim Məmmədovun qayınanası, bacanağı, baldızı və həyat yoldaşı üç azyaşlı uşağını da götürərək Suriyaya qaçıb. Ata qeyd edir ki, həyat yoldaşına uşaqları ölkə ərazisindən çıxarmaqla bağlı heç bir etibarnamə verməyib, ananın 15 yaşlı qızı Məmmədova Günay, 12 yaşlı Məmmədova Ülkər və 13 yaşlı Məmmədov Rüstəm ilə birgə sərhədi keçə bilməsi üçünsə ona 48 saylı notariat kontorunun notariusu Hüseynov Səadət Eldar oğlu sənəd hazırlayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR