• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Mübariz Qurbanlı Azərbaycanda dini icmalardan danışdı

Mübariz Qurbanlı Azərbaycanda dini icmalardan danışdı

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevlə görüşüb.

Komitənin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüş zamanı Milix Yevdayev bildirib ki, Azərbaycanda konfessiyalar arasında sülh, dostluq və əməkdaşlıq şəraitinin formalaşması kursunun əsası Heydər Əliyev tərəfindən qoyulub.

O qeyd edib ki, bu gün həmin kurs bütün xalqın, o cümlədən müsəlmanların, yəhudilərin və xristianların dəstəyinə güvənən prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Mübariz Qurbanlı isə respublikadakı dini konfessiyalara dövlət qayğısından danışaraq bildirib ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir. O qeyd edib ki, Azərbaycanda istənilən dini icmanın azad fəaliyyətinə tam şərait var.

Gülnar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR