Çamadandan əl və ayaqları kəsilmiş, yandırılmış cəsəd çıxdı
Bizi izləyin

Qırmızı.az

Çamadandan əl və ayaqları kəsilmiş, yandırılmış cəsəd çıxdı

Türkiyədə çamadandan 30-35 yaşlarında parçalanmış qadın cəsədi tapılıb.

Publika.az Türkiyə mediasına istinadən məlumat verir ki, Hatayın İskenderun mahalının Muradiyə küçəsi 193 ünvanında qeydə alınan hadisə şahidlərin, eləcə də hüquq-mühafizə orqanları əməkdaşlarının dəhşətə gəlməsinə səbəb olub.

Çamadanın içində partlayıcı maddə ola biləcəyindən şübhələnən vətəndaşlar dərhal bu barədə polisə məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları çamadanın ətrafında qan damcılarının olduğunu görüblər. Ehtiyatla çamadanı açan polislər əlləri və ayaqları kəsilmiş, bədəni isə yandırılmış qadın cəsədilə qarşılaşıblar.

Aparılan araşdırmalardan sonra İskenderun Dövlət Xəstəxanasının morquna yerləşdirilən cəsədin 30-35 yaşlarında qadına aid olduğu müəyyənləşib. Hələlik xüsusi amansızlıqla qətlə yetirilmiş qadının kimliyi bəlli deyil.

Polis faktla bağlı araşdırmaları davam etdirir.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm