• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Moskva 6 ermənini qətlə yetirən hərbçisini İrəvana vermədi

Moskva 6 ermənini qətlə yetirən hərbçisini İrəvana vermədi

Gümrü şəhərində bir ailənin qətlində şübhəli bilinən Rusiya hərbçisi mühakimə edilməsi üçün Ermənistanın hüquq-mühafizə orqanlarına verilməyəcək.

Publika.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, Ermənistan və Rusiyanın baş prokurorluqların nümayəndələri Gümrü şəhərində törədilən qətllə bağlı işin detallarını müzakirə ediblər.

Məlumata görə, Rusiya tərəfi qətldə şübhəli hesab olunan Valeri Permyakovun Rusiya Federasiyasının vətəndaşı olduğunu erməni tərəfinin diqqətinə çatdırıb. Qeyd olunub ki, Rusiya Federasiyası Konstitusiyasının 61-ci maddəsi hərbçinin Ermənistanın hüquq-mühafizə orqanlarına verilməsini qadağan edir. Erməni mediasının yazdığına görə, cinayət işini Ermənistan və Rusiyanın hüquq-mühafizə orqanları birgə araşdıracaq.

Amma nəzərə alaq ki, 6 nəfərin öldürülməsi ilə nəticələnən cinayət hadisəsi Ermənistan ərazisində baş verib və Ermənistan vətəndaşları qətl edilib. Altı vətəndaşını qətl edən şəxsi mühakimə etmək səlahiyyətində olmaması Ermənistanın Moskvanın forpostu statusunda olduğunu bir daha təsdiqləyir.

Xatırladaq ki, Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasında xidmət keçən vətəndaşı Valeri Permyakov şəhərdə bir ailənin 6 üzvünü qətlə yetirib, birini isə yaralayıb. Hərbi qulluqçu Ermənistan-Türkiyə sərhədində yerləşən Bayandur kəndi ərazisində Rusiya sərhədçiləri tərəfindən saxlanılıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR