Hökumət tikintilərin dövlət reyestrinin aparılması qaydalarını təsdiq etdi
Bizi izləyin

Qırmızı.az

Hökumət tikintilərin dövlət reyestrinin aparılması qaydalarını təsdiq etdi

Azərbaycan hökuməti “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nı təsdiq edib.

Publika.az xəbər verir ki, Qaydalarda qeyd olunur ki, reyestr tikilən, istismar edilən, sökülən tikinti obyektləri barədə və ərazi planlaşdırılmasının sabitliyinin təmin edilməsi məqsədi ilə planlaşdırılacaq ərazidə tikinti niyyətinin həyata keçirilməsi ilə bağlı, habelə həmin ərazidə yerləşən torpaq sahələrində onların dəyərini əhəmiyyətli şəkildə artıran dəyişikliklər edilməsi ilə bağlı qadağaların qeydiyyatını aparmaqdan ibarətdir.

Bu Qaydalar aşağıdakıları müəyyən edir:

Reyestrə daxil edilən tikinti obyektlərinə dair məlumatları və onların tərkibini;

məlumatların Reyestrə təqdim edilməsini;

məlumatların Reyestrə daxil olunmasından imtina edilməsini və imtina edilmənin əsaslarını və müddətini;

məhdudiyyət və qadağaların qeydiyyatını.

Reyestrin aparılmasında məqsəd – yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən nəzərdə tutulmuş qadağa və məhdudiyyətləri, tikilən, istismar edilən və sökülən tikintiləri qeydə almaqla, onların istifadəsi, planlaşdırılmasına dair dövlət orqanlarını və bələdiyyələri, hüquqi və fiziki şəxsləri müvafiq məlumatlarla təmin etməkdən ibarətdir.

Reyestrə daxil edilən məlumatların tərkibi aşağıdakılardır:

tikintiyə icazə verən yerli icra hakimiyyəti orqanı tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar, o cümlədən:

obyektin tikintisinə icazənin surəti;

sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;

tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması;

tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi;

tikinti obyektinin əsas texniki göstəriciləri, yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (koordinatlar bu Qaydaların 3.1.1.2-ci yarımbəndində nəzərdə tutulan sənədlərdə göstərilmədiyi hallarda), situasiya planı və təyinatı barədə məlumat.

Tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı aşağıdakı məlumatlar yerli icra hakimiyyəti orqanı tərəfindən Reyestrə təqdim edilir:

tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları;

tikinti obyektinin istismarına icazə verən orqanın adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası;

tikinti obyektinin istismarına icazə verildiyi tarix və icazənin nömrəsi;

tikinti obyektinin istismar təyinatı;

tikinti obyektinin əsas texniki göstəriciləri (layihə üzrə və faktiki);

Reyestr tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi;

tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilməsini və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı.

Sökülməsi nəzərdə tutulan tikinti obyektləri barədə məlumat (ünvanı, ümumi sahəsi və həcmi).

Yerli icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən ərazi planlaşdırılmasına qoyulan qadağa və məhdudiyyətlərin tətbiqi ilə bağlı sənədlərin surətləri.

Məlumatlandırma icraatının tətbiq olunduğu, tikintisi başa çatmış tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin surəti.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm