Qırmızı.az
Alimlər şagirdlərə dərs keçəcək
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri iki liseydə 6-cıdan yuxarı siniflərdə oxuyan şagirdlərə dərs deyəcəklər.
Publika.az xəbər verir ki, bunu AMEA prezidenti
Akif Әlizadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Bununla bağlı Təhsil Nazirliyi ilə razılıq əldə edildiyini deyən AMEA prezidentinin sözlərinə görə, nazirlik tərəfindən ayrılmış liseylər gənc alimlərin hazırlanması üçün tələb olunan elm zəncirinin qırılmamasına imkan verir:
"Әgər magistraturaya, doktoranturaya qəbul aparırıqsa, onda bu
zəncirdə lisey-gimnaziya mərhələsi nəzarətsiz qalırdı. Razılaşmaya
əsasən, Təhsil Nazirliyi tərəfindən AMEA-ya 2 lisey ayrılıb.
Akademiyanın alimləri 6-cı sinifdən yuxarı siniflərdə müxtəlif
istiqamətli təhsil keçəcəklər. Alimlər ora gedib liseydə hansı
formada iştirak edə biləcəklərini müəyyənləşdirməlidirlər. Bununla
bağlı hazırda danışıqlar aparılır".
A.Әlizadə deyib ki, hələlik akademiyanın universiteti yoxdur.
Buna görə də həmin şagirdlər bakalavr pilləsində oxuduqdan sonra
AMEA- da magistrtura, doktoratura pilləsində oxuya
biləcəklər.
AMEA prezidenti deyib ki, Azərbaycan Milli Elmlər Akademiyasının doktorantura pilləsinə qəbul əvvəlki illərlə müqayisədə kəskin surətdə azaldılıb: "Çünki az olsun, keyfiyyətli olsun. Bu il 100-120 nəfər qəbul edilib. Plan əsasən yerinə yetirilib".
Gülxar
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub