• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Sənədsiz evlərin aqibəti necə olacaq? – Ekspertdən açıqlama

Sənədsiz evlərin aqibəti necə olacaq? – Ekspertdən açıqlama

Qanunsuz tikilmiş evlərin üzərində hüquqların əldə edilməsini sübut edən sənədlərin siyahısı təsdiq edilib. Azərbaycan prezidenti İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Fərman imzalayıb. Bəs sənədsiz evlərin taleyi necə olacaq və proses nə zamandan başlayacaq?

Daşınmaz əmlak eksperti Ramil Osmanlının Publika.az-a bildirdiyinə görə, əslində burada prosedur o qədər də mürəkkəb deyil. Lakin burada qaranlıq məqamlar var: “Məsəlinin bir qədər problemli tərəfi odur ki, bəzi mühafizə zolaqlarına düşən evlər ki var, o evlərin taleyi tam olaraq açıqlanmır. Həmin evlərin sökülməsilə bağlı kompensasiya ödənişləri nəzərdə tutulurmu, tutulmurmu – bu məsələ aydınlaşmayıb. Məsələn, yüksək gərginlikli elektrik xətləri, dəmir yolları xətləri, magistral avtomobil yolları, neft kəmərləri, neft və qaz mədənləri, və s ərazilərlə bağlı məsələdə bir qədər mürəkkəblik var. Bu məsələ də, yəqin ki, öz həllini tapacaq. Ümumi götürsək, bunlar sənədsiz evlərin heç bir faizi də deyil” .

Təxminən iki il əvvəl Nazirlər Kabinetinin müvafiq strukturlara, o cümlədən, “Azərenerji”ASC, “Azərbaycan Dəmir Yolları” QSC-yə, Nəqliyyat Nazirliyi və s qurumlara müraciət etdiyini deyən ekspertin sözlərinə görə, onlara cavab olaraq hər qurumun təqdim etdiyi siyahıda təxminən 2500-ə yaxın fərdi yaşayış yeri göstərilib: “Bu da ümumilikdə 12-15 min nəfər adam edir. Düşünürəm ki, dövlət bu məsələni də kompensasiya ödənməsi yolu ilə tənzimləyəcək”.

Fərmanın icrasıyla əlaqədar Nazirlər Kabinetinin yaxın günlərdə ayrı-ayrı məsələlərlə bağlı qərar və sərəncamlarının olacağını deyən ekspertin sözlərinə görə, burada ayrı-ayrı dövlət qurumların üzərinə düşən öhdəlik və planlarla bağlı məsələlərin həll olunması üçün normativ aktlar olmalıdır. Həmin sənədləri isə Nazirlər Kabineti hazırladığından yaxın günlərdə bu sənədlərin olacağı gözlənilir.

(Prezidentin fərmanı ilə bu linkdən http://publika.az/p/606030 tanış ola bilərsiniz)

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR