FHN: Bakı ətrafında Nüvə Tədqiqatları Mərkəzinin yaradılması təhlükə daşımır
Bizi izləyin

Qırmızı.az

FHN: Bakı ətrafında Nüvə Tədqiqatları Mərkəzinin yaradılması təhlükə daşımır

Bakının yaxınlığında Milli Nüvə Tədqiqatları Mərkəzinin tikintisi heç bir təhlükə daşımır.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tədqiqat nüvə reaktorları zəifdir və onlardan bəziləri şəhərdə, o cümlədən Dubnada, "Kurçatov İnstitutu"nda yerləşir.

F.Tağızadə qeyd edib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) bütün tələblərinə riayət edildiyi halda, belə tədqiqat nüvə reaktorlarının yaradılmasının təhlükəli olması barədə danışmağa əsas yoxdur.

Nazir müavini bildirib ki, BAEA-nın tələbləri nəzərə alınmaqla, Nüvə Tədqiqatları Mərkəzinin yaradılması prosesi kifayət qədər çox vaxt alacaq: “Mərkəzin tikintisi və istismara verilməsinə qədər BAEA-nın 19 bənddən, o cümlədən milli konsepsiya, nüvə təhlükəsizliyi qaydaları və normaları, sonradan yanacağın basdırılması və bir sıra digər məsələlərdən ibarət tələblərinin yerinə yetirilməsi üzrə işlərin görülməsi vacibdir. Beləliklə, bu, böyük sənədlər paketidir”.

Onun sözlərinə görə, baxılmaq üçün Azərbaycan hökumətinə işçi qrupunun yaradılmasına dair təklif təqdim ediləcək. Qrup Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradılması ilə bağlı məsələlərin həlli ilə məşğul olacaq. İşçi qrupuna ölkənin 14 nazirlik və idarəsi daxil olacaq: “Hesab edirəm ki, hazırlıq işləri azı 2-3 il vaxt aparacaq. Layihələşdirmədən əvvəl reaktorun tipini və onun gücünü bilmək lazımdır. Bu, çox uzun prosesdir”.

F.Tağızadə qeyd edib ki, BAEA və Avropa İttifaqının tələblərindən biri layihənin reallaşdırılması zamanı KİV-lə iş və əhalinin məlumatlandırılmasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm