
Ötən il yol hərəkəti işitrakçılarının təhlükəsizliyinin təmin edilməsinə ehtiyac duyulan küçə və prospektlərdə yol nişanlarının, işıqfor obyektlərinin quraşdırılması və yolların xətlənməsi ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına 68 təklif verilib.
Bu barədə Trend-ə Bakı şəhər Baş Polis İdarəsindən məlumat
verilib.
Məlumata görə, 2014-cü il ərzində paytaxtın küçə və prospektləri
üzrə 18 yeni işıqfor obyekti, 1264 yeni yol nişanı quraşdırılıb,
4294 ədəd yol nişanı isə dəyişdirilib.
Bakının inzibati ərazisi üzrə yollarda quraşdırılmış texniki
nizamlama vasitələrinə baxış keçirilən zaman 533 yol nişanının
sıradan çıxaraq düşməsi, 29 nişanın standarta uyğun
quraşdırılmaması, eləcə də piyada zolaqlarının silinməsi barədə
aidiyyatı üzrə məlumat verilib.
Məlumatda qeyd olunub ki, hazırda paytaxtın inzibati ərazisinə düşən küçə və prospektlərin ümumi uzunluğu 2229 km-dir. Bu küçə və prospektlərdə 654 yolayrıcı, 67 yeraltı və yerüstü piyada keçidi, 288 işıqfor obyekti, 62 dəmiryol keçidi, 68 körpü və tunel var.