• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Milli Məclisin ağlamalı gülməcələri - MARAQLI

Milli Məclisin ağlamalı gülməcələri -  MARAQLI

Sabiq deputat, hazırda AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov millət vəkili olduğu dönəmlərdə parlamentdə yaşanan maraqlı və məzəli hadisələri sonradan kitab halında cəm edib. “Milli Məclisin ağlamalı gülməcələri” adlanan kitabça əslində N.İmanovun zaman-zaman etdiyi qeydlərin nəticəsidir. Müəllif onu Milli Məclisdə qazandığı dostlarına həsr edib.

Modern.az saytı həmin kitabçadan daha bir neçə əhvalatı təqdim edir:

DANIŞSIN, DANIŞMASIN?

Qırğızıstanın Parlament sədri Azərbaycana rəsmi səfəri zamanı Milli Məclisdə çıxış etməyə gəlmişdi. Bir-iki cümlə deyər-deməz, deputat Kərim Kərimov sədrə müraciət etdi:

- Murtuz müəllim, tərcüməyə-filana ehtiyac yoxdur, onsuz da hər şey aydındır. Hamımız türk döyülük?!

Qısaca hay-küydən sonra deputatlarımız tərcümədən vaz keçdilər. Və bundan sonra qonağın çıxışından, təbii

ki, bir adam bir kəlmə anlamadı. O yazıq da elə beləcə davam edirdi ki, Kərim müəllim müvəffəqiyyətindən bir az da ruhlandı:

- Murtuz müəllim, heç çıxışın özü də lazım deyil, onsuz da hər şey aydındır.

Vəziyyətin xoşagəlməzliyinə görə ona tərəf əyildim:

- Kərim müəllim, dəyməyin, qoyun danışsın, bizə aydın olmayan bir-iki məsələ var.

Kərim müəllim üzündə qalib təbəssümü ilə sədrə bir də müraciət etdi:

- Yaxşı, Murtuz müəllim, mən etiraz eləmirəm, danışmaq istəyir, qoy danışsın. Müxalifət üçün aydın olmayan məsələlər var.

AD MƏSƏLƏSİ

M. Ələsgərov:

- Söz verilir deputat İbad Rzayevə.

- Murtuz müəllim, 1 ildir Milli Məclisə sədrlik edirsiz, hələ mənim adımı öyrənə bilməmisiz. Mən İbad Rzayev deyiləm, Rza İbadovam. Mənim adım Rzadır e, Rza.

- Yaxşı da, ay İbad, burda bir problem yoxdur ki, otur aşağı.

HÖKM

Bekarçılıq idi. Sabir Rüstəmxanlının şahidliyi ilə Səyyad Aranla söz güləşdirirdik. Səyyad müəllim mənim haqsız olduğumu isbata yetirmək üçün öz poeziya yaradıcılığından bir misal çəkdi.

- Mən şeir yazan deyiləm,- dedim,- amma sənin şeirin onsuz da bəllidi.

Səyyada bax, Səyyada
Torun qoyub qayada.
Yatıb fil qulağında,
Kimsəsi yox oyada –deyə www.kitabxana.net - Milli Virtual Kitabxananın təqdimatında üzümü Sabir bəyə tutdum. Yəni ki, necədi?

Sabir bəy siqaretindən bir şirin qullab alıb, çox ciddi bir sifətlə hökm verdi:

- Qafiyəsi bir şey deyil, amma məzmunu düzdür.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR