Göyçayda 28 yaşlı gəlin ər evindən qaçdı - TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

Göyçayda 28 yaşlı gəlin ər evindən qaçdı - TƏFƏRRÜAT

Göyçay rayon Xəlitli kəndinin 28 yaşlı sakini, iki uşaq anası Ə.Mürsəlova (ad və soyad şərtidir) ailəsini ataraq naməlum istiqamətə gedib. Rayon sakinlərinin Publika.az-a verdiyi məlumata görə, hadisə yanvarın 10-da baş verib.

Səhhətində problemlər olan qadının ailəsi onun yoxa çıxmasından narahat olduğu üçün Ə.Mürsəlovanın valideynləri ilə əlaqə saxlayaraq, qızlarının onların evində olub-olmamasını soruşublar. Lakin qadının valideynləri Ə.Mürsəlovanın qayınatasına 28 yaşlı qadının onlara gəlmədiyini bildiriblər. Qadının evə qayıtmamasından narahat olan qayınatası Ə.Mürsəlovanın yoxa çıxması ilə bağlı Göyçay rayon polis şöbəsinə müraciət edib. Bundan sonra isə qadının ata evində olduğu üzə çıxıb. Ə.Mürsəlovanın valideynləri qudaları ilə əlaqə saxlayaraq, onu geri qaytarmaq istədiklərini bildirdikdə, Ə.Mürsəlovanın həyat yoldaşı bu təklifi qəbul etməyib. Bundan sonra isə ailələr arasındakı ziddiyyət daha da dərinləşib.

Belə ki, bu dəfə Ə.Mürsəlovanın valideynləri qadının əri tərəfindən döyülməsi iddiası ilə Göyçay rayon polis şöbəsinə ərizə ilə müraciət ediblər. Faktla bağlı tibbi ekspertizanın keçirildiyi bildirilir.

Göyçay sakinlərinin Publika.az-a verdikləri məlumata görə, Ə.Mürsəlovanın ailəsini atıb getməsinin səbəbi onunla həyat yoldaşı arasında yaranmış söz-söhbət olub.

Sakinlərin sözlərinə görə, hadisə baş verməzdən bir gün əvvəl həyat yoldaşı Ə.Mürsəlovanın mobil telefonla kiminləsə danışdığını görüb. Qadın bu hərəkətini ört-basdır etmək üçün mobil telefonunu və onun içindəki nömrəni gizlədib. Onun bu addımı qadının ərinin kəskin narazılığına səbəb olub. Ə.Mürsəlovanın əri mobil telefonu və onun nömrəsini qadının əlindən almağa çalışsa da, buna nail ola bilməyib. Nəticədə, ərlə arvad arasında qarşıdurma yaranıb. Ə.Mürsəlova bundan bir gün sonra ailəsini tərk edərək atasının evinə gedib.

Göyçay rayon polis şöbəsindən faktı təsdiqləyiblər. Şöbədən Publika.az-a bildiriblər ki, Ə.Mürsəlovanın döyülməsi faktı ilə bağlı onlara şikayət ərizəsi daxil olub, araşdırma aparılır.

Rəhman Türkel

Oxumağa davam et
Reklam
Reklam

Gündəm