• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ziya Bünyadov prospekti bir həftəlik bağlandı

Ziya Bünyadov prospekti bir həftəlik bağlandı

Bakının əsas prospektlərindən biri - Ziya Bünyadov prospekti yenidən bağlanıb.

Bu barədə Publika.az-a Nəqliyyat nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, yolun bağlanmasına səbəb həmin ərazidə olan yol ötürücüsünün təmir olunmasıdır: “Böyük Şordan “20 Yanvar” dairəsi istiqamətində hərəkət edəndə əsas yolda Ayna Sultanova heykəlinin qarşısından Azadlıq prospekti ilə Z. Bünyadov prospektinin kəsişməsində olan yol ötürücüsü hazırda təmirə bağlanıb. Buna səbəb 2007-ci ildə istifadəyə verilən yol ötürücüsünün dəyişidirilməsinə ehtiyac yaranmasıdır. Biz ötürücüdə olan temperatur tikişlərini dəyişirik”.

Yolun açılamsına gəlincə isə P. Mürsəliyev bildirdi ki, gediş və gəlişdə nəzərə alınarsa, işlərin təxminən bir həftə ərzində yekunlaşması mümkündür: “ 3 günə gediş düzələr, sonra da gəliş bağlanıb təmir olunar. Ümumilikdə, yəqin ki, bir həftəyə başa çatacaq”.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR