Sumqayıtda ev yandı, 1 nəfər öldü, 2 nəfər xəsarət aldı
Bizi izləyin

Qırmızı.az

Sumqayıtda ev yandı, 1 nəfər öldü, 2 nəfər xəsarət aldı

Sumqayıt şəhərində ev yanıb.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, yanvarın 14-də saat 12 radələrində Sumqayıt şəhərinin H.Zeynalabdin qəsəbəsində Teymur Bağırovun yaşadığı 2 mərtəbəli 7 otaqlı evdə yanğın baş verib.

Nəticədə 100 kvm. sahədə ev əşyaları yanıb, yanıq xəsarəti almış T.Bağırovun azyaşlı nəvəsi Elşən Bağırov və qonşusu Bəhlul İsmayılov xəstəxanaya yerləşdiriliblər.

Yanğın söndürüldükdən sonra T.Bağırovun qızı - Tovuz rayon sakini Ülviyyə Bağırovanın yanmış meyiti tapılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm