Nazirlikdən hava şəraitinin dəyişməsi ilə bağlı XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

Nazirlikdən hava şəraitinin dəyişməsi ilə bağlı XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişməsi ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, yanvarın 17-dən 19-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 2-5 dərəcə aşağı enəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm