DİN ötən gün Azərbaycanda baş verən partlayışlarla bağlı məlumat yaydı
Bizi izləyin

Qırmızı.az

DİN ötən gün Azərbaycanda baş verən partlayışlarla bağlı məlumat yaydı

Binəqədi, Xətai və Biləsuvar rayonlarında baş verən partlayış hadisələri ilə bağlı rəsmi məlumat yayıldı

Daxili İşlər Nazirliyi (DİN) ötən gün Binəqədi, Xətai və Biləsuvar rayonlarında baş verən partlayış hadisələri ilə bağlı məlumat yayıb.


Publika.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, fevralın 13-də saat 10 radələrində Binəqədi rayonunun Süleyman Sani Axundov küçəsində istifadə olunmayan yarımçıq tikilidə təbii qazın sızmasından partlayış baş verib. Nəticədə tikili dağıldığından yaxınlıqdakı ticarət obyektlərinin və yaşayış evlərinin şüşələri sınıb, Azad Möhbalıyevə məxsus “Mercedes” markalı avtomobilə qismən ziyan dəyib, xəsarət almış Bakı şəhər sakinləri Fillurə Budaqovaya, Afiyyət İbadovaya, Tamella Səfərovaya, Şücaət Qədimovaya və Tərlan Kazımova xəstəxanada ilkin tibbi yardım göstərilib.


Fevralın 13-də saat 16 radələrində Xətai rayonu Ramiz Quliyev küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsinə məxsus çəndə qaynaq işləri aparılarkən partlayış baş verib. Nəticədə qaynaqçı Şamxal Orucov və fəhlələrdən Həsrət İmamverdiyev ölüb, digər fəhlə Həşim Turabova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Fevralın 13-də saat 15.40 radələrində Biləsuvar şəhərinin ərazisində yerləşən qaynaq sexində yanacaq daşıyan “KamAZ” markalı avtomobilin çənində qaynaq işləri aparılarkən partlayış baş verib. Nəticədə sürücü, Kəngərli rayon sakini Şaiq Cəfərli və Biləsuvar şəhər sakini Əjdər Poladovölüblər, Baloğlan Poladov xəstəxanaya yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm